Firuz Kazımoğlu-Ax, bu “kafir” avropalılar…

Ərdoğan beləcə dedi: “Avropa Birliyi xristianlar birliyidir”.
Düzdür, hərçənd sayın cumhurbaşkanı, ömürlük  prezidentliyi üçün 2017-ci il aprelin 16-da referenduma gedən dəyərli Tayyib bəy hirsindən o cür deyir, amma belə baxanda, burada ayıb da bir şey yoxdur. Nədən ki, məsələn, bizlər beynəlxalq islam təşkilatı yarada biliriksə, xristianlar niyə yaratmasın? Baxmayaraq ki, bizim etdiklərimizin əksəriyyətini onlar eləmirlər. Məsələn, Suriyadakı, İraqdakı, Liviyadakı, lap elə götürək Türkmənistandakı kimi. Amma onlar bizim nəinki etmədiklərimizi, hətta etməyi ağlımızdan keçirmədiklərimizi edirlər.
Nümunə üçün dünən yayılan bir informasiyanı bölüşək : “Avropa kosmik agentliyinin mütəxəssisləri Ayın gələcək sakinlərini üçün kompleks tikməyi planlaşdırır. Onlar hesab edirlər ki, Ayın Cənub qütbündə yerləşən, günəş şüalarının bol olduğu, böyük miqdarda donmuş su ehtiyatı olan Şeklton krateri insanlar üçün ən əlverişli yerdir.
“DailyStar”ın məlumatına görə, “Ay şəhəri”ndə ibadət üçün məbəd, oyun və ünsiyyət üçün meydançalar olacaq. Əbədi Gur İşıq adlı kompleksin mərkəzində, güclü teleskopla təchiz edilmiş rəsədxana olacaq.
Kompleks layihəsinin yaradıcısı rəssam Xorxe Manyes Rubio bildirib ki, onu işə ruhlandıran hindu mayyalıların qədim Çiçen İtsadakı El- Karakol  məbədidir. Onun fikrincə, qədim sivilizasiyanın kosmik məkan ilə böyük əlaqəsi var, hərçənd indi texnologiya kosmik məkanda başqa aləmləri dəöyrənməyə, daha çox iş görməyə imkan verir.
Layihənin müəllifləri   3d texnologiyasının yardımı ilə Ay qruntundan nöhtəşəm bina tikməyi də planlaşdırırlar. Sarayın özünün pəncərəsindən isə hər 14 gündən bir  Yeri izləmək mümkün olacaq”.
Di gəl yanma…
Dünyanın qəlbi döyünən Avropa, sayın Ərdoğanın dediyi kimi, “xristianlar” belə işlərlə məşğul olduqları, bəlkə də artıq dünyanın axırı olduğu məqamda isə bizim, yəni Azərbaycan Respublikasının məsul bir əməkdaşı etiraf edir ki, ibtidai dərsliklərimizdə “kifayət qədər lazımsız hissələr var” və allah tərəfi, onların çıxarılması istiqamətində “işlərin aparıldığını” deyir. Həmin problemlə bağlı isə elmi, bacarığı və pedaqoji ustalığı olan mütəxəssislərimiz Misir əkənin zamanından əllərindəki misri qılıncla özlərini al-qana batırırlar ki, dərsliklərimiz, xüsusilə humanitar elmlərlə bağlı dərsliklərimiz bərbad vəziyyətdədir.
Amma kimə deyirsən…
Kasımpaşalı cümhurbaşkanı, özünü adətən Kamal Sunalın filmlərindəki “kabadayılar” kimi aparan sayın Rəcəb Təyyub isə ona dəstək olacaq mitinqlərə ölkələrinin qanunvericiliyi nöqtey-nəzərdən icazə vermədiklərinə görə Avropa xalqlarının yarısını “nasist” elan edib.
Hələ dəyərli dostumuz, türk dünyasının ulduzlarından biri, Ermənistandakı “genosid qurbanları abidəsi”nin qarşısında baş əyən, nazirlərini başına yığıb “bu türk haramzadala niyə iş gördürdünüz”- deyən əbədiyaşar Kurbankulu Berdımuhammedov, II Türkmənbaşını demirik…
Nə isə, qarşıdan doğma Bakımızda  İslam Oyunlarımızın keçiriləcəyini nəzərə alıb müsəlmançalığımızla bağlı çox danışmaq istəmir

1,057 total views, 2 views today

Print Friendly, PDF & Email