İlham Əliyev Həsən Ruhanini təbrik etdi

İlham Əliyev Həsən Ruhanini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Ruhani! İran İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənizin inkişafı və rifahı naminə gördüyünüz işlərə verilən yüksək qiymətdir. Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur….

772 total views, 1 views today

Davamını oxu

DİN Maştağadakı silahlı insidentlə bağlı məlumat yaydı – YENİLƏNİB

DİN Maştağadakı silahlı insidentlə bağlı məlumat yaydı – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb. 10:41 Bakıda 26 yaşlı…

27,581 total views, 2 views today

Davamını oxu

Daha bir erməni əsgəri öldürüldü – Qarabağda

Daha bir erməni əsgəri öldürüldü – Qarabağda

Düşmən ordusu işğal altında olan Dağlıq Qarabağda yenidən itki verib. Erməni KİV-lərinə istinadən xəbər verilir ki, Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin saxlanma məntəqəsində 1996-cı il təvəllüdlü əsgər Karen Sarıbekoviç Danielyan məhv edilib. Hadisə bu gün səhər saat 07:20 radələrində qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır. (Virtualaz.org) 684 total views, no views today

684 total views, no views today

Davamını oxu

İranda prezident seçkiləri: Həsən Ruhani liderlik edir

İranda prezident seçkiləri: Həsən Ruhani liderlik edir

İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani liderlik edir. RİA Novosti agentliyinə istinadla bildirilir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda səslərin 37 milyonu sayılıb və Həsən Ruhani 21,6 milyon səs toplayıb. Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 14 milyon səs yığıb. Mənbə bildirir ki, Həsən Ruhani seçkilərdə qələbə qazanıb. Çünki sayılmamış yalnız 4 milyon bülleten qalıb ki, bu da nəticəyə ciddi təsir göstərməyəcək. Qeyd edək ki,…

539 total views, no views today

Davamını oxu

Əsl müharibə hələ qabaqdadır – Culian Assanj

Əsl müharibə hələ qabaqdadır – Culian Assanj

Wikileaks sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır. RİA Novosti informasiya agentliyinə istinadla xəbər verilir ki, bu sözləri qalmaqallı Wikileaks saytının banisi Culian Assanj İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən səsləndirib. Bu gün məlum olub ki, İsveç prokurorluğu Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun…

712 total views, 1 views today

Davamını oxu

Mirşahin Ağayev qardaşının həbsindən danışdı: doğrudan da cinayət törədibsə…

Mirşahin Ağayev qardaşının həbsindən danışdı: doğrudan da cinayət törədibsə…

Bir sıra Azərbaycan kütləvi informasiya vasitələri məşhur telejurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin həbsi barədə məlumat verib. Yayılmış məlumata əsasən, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Mirşahin Ağayevin qardaşı ötən ilin noyabr ayında Qəzənfər Qəzənfərov adlı şəxsin şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov iddia edir ki, Mirəddin Ağayev dələduzluq yolu ilə 2000 manat pulu mənimsəyib. Fakt üzrə cinayət işi başlanıb və bir müddət sonra Mirəddin Ağayev Yardımlı rayonunda saxlanılıb. Qardaşının həbsini şərh edən Mirşahin Ağayev virtualaz.org-a…

1,547 total views, 2 views today

Davamını oxu

Türkiyənin müxalif “Sözçü” qəzetinin redaksiyasına polis basqını: həbslər var

Türkiyənin müxalif “Sözçü” qəzetinin redaksiyasına polis basqını: həbslər var

Türkiyənin müxalif yönümlü “Sözçü” qəzetinin redaksiyasında polis əməliyyat keçirib. “Anadolu” Xəbər Agentliyi aralarında qəzetin sahibinin də olduğu dörd əməkdaşın saxlanılması ilə bağlı məlumat yayıb. Bunlar qəzetin sahibi Burak Akbay, qəzetin internet saytına cavabdeh olan şəxs Mediha Olgun, maliyyə müdiri Yonca Kaleli və müxbir Gökmen Uludur. Mənbənin yazdığına görə, qəzet əməkdaşlarının FETO ilə əlaqədə olması ehtimal olunur. Onlar həmçinin prezidentə sui-qəsdə cəhddə, Türkiyə hökumətinə qarşı silahlı üsyanda günahlandırılır. “Doğan” Xəbər Agentliyinin yazdığına görə, qəzetin vəkillərindən biri…

390 total views, 2 views today

Davamını oxu

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah Bakıda 25 dərəcə isti olacaq

Mayın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa…

688 total views, no views today

Davamını oxu

Binəqədi-Mehdiabad avtomobil yolu istifadəyə verildi – VİDEO

Binəqədi-Mehdiabad avtomobil yolu istifadəyə verildi – VİDEO

3.9 km uzunluğunda ola Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib. Yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb. İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min m2…

753 total views, 2 views today

Davamını oxu

59 yaşlı kişi qəfil yıxıldı və öldü – Bakıda

59 yaşlı kişi qəfil yıxıldı və öldü – Bakıda

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. Saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində – metronun “Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib. Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. (Lent.az) 799 total views, no views today

799 total views, no views today

Davamını oxu

Xızı-Altıağac avtomobil yolunun tikintisi yekunlaşır

Xızı-Altıağac avtomobil yolunun tikintisi yekunlaşır

Xızı-Altıağac avtomobil yolunun tikintisi bu ilin oktyabr ayında başa çatacaq. Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac yolunun son 3 kilometrində asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri aparılır. Ümumi uzunluğu 20,5 kilometr olacaq yolun 16 kilometri isə artıq asfaltlanıb. Yola üçqat döşənən asfalt-beton örtüyünün qalınlığı 180 millimetrdir. Yolun tikintisi zamanı müvafiq yerlərdə müxtəlif diametrli 63 suötürücü drenaj boruları qoyulub. Asfaltlama işləri yekunlaşdıqdan sonra yolun 2016-cı ilin noyabr ayında baş verən torpaq sürüşməsi…

684 total views, no views today

Davamını oxu
1 2 3 11