Paytaxtda qanlı cinayət: 86 yaşlı kişini döyüb öldürdülər

Paytaxtda qanlı cinayət: 86 yaşlı kişini döyüb öldürdülər

Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Əbdürrəhimbəy Haqverdiyev küçəsində 1931-ci il təvəllüdlü Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, N. Qabulxayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 8,587 total views, no views today

8,587 total views, no views today

Davamını oxu

Prezident İlham Əliyev komandanı necə dəyişir – daha üç iri fiqur…

Prezident İlham Əliyev komandanı necə dəyişir – daha üç iri fiqur…

PA-dan başlamış islahatlar yaxın günlərdə Nazirlər Kabineti və BŞİH-də də elan olunacaq; qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək… Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib. “Yeni Müsavat” hələ ötən həftə İslamiada yekunlaşdıqdan sonra idarəetmədə struktur islahatlarının başlayacağını xəbər vermişdi. (http://musavat.com/news/nazir-muavinleri-ixtisara-dusur-siyahi_441001.html) Yazıda bildirilirdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır. Qeyd olunurdu ki, dəyişiklik “yuxarıdan” başlayaraq…

587 total views, no views today

Davamını oxu

Daha bir müharibə xəbərdarlığı – düşmən kimə arxayındır?

Daha bir müharibə xəbərdarlığı – düşmən kimə arxayındır?

Qarabağ danışıqlarına olan ümidlər sıfırlanır – kritik durum; amerikalı sabiq diplomata görə, sülh prosesini yalnız ABŞ və Rusiya prezidentləri xilas edə bilər Qarabağ danışıqlarında durğunluğun davam etdiyi hər gün müharibə riskini artırır. Təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ay regiona nəzərdə tutulan növbəti səfəri ilə bağlı da nikbinlikdən daha çox, skeptik gözləntilər var. Sözsüz ki, vasitəçilər ilk növbədə yeni hərbi qarşıdurmanın əngəllənməsi, yəni sadəcə olaraq, atəşkəs rejiminin uzadılması üçün səylər göstərəcək, bundan ötrü Azərbaycanla…

620 total views, no views today

Davamını oxu

Moskva və Ankaradan Bakıya müharibə zəmanəti

Moskva və Ankaradan Bakıya müharibə zəmanəti

Qərb Putini sıxışdırdıqca Türkiyə və Azərbaycanın Kreml üçün önəmi artır; ortaq əməkdaşlıq və “güc nümayişi” üçün ən uğurlu platforma isə Cənubi Qafqaz, Qarabağdır… Rusiya ilə ABŞ başda olmaqla, Qərb arasında münasibətlər gərgin olaraq qalır. Donald Trampın prezident seçiləcəyi ilə sanksiyaların götürüləcəyinə böyük ümidlər bəsləyən Moskvanın hesablamaları özünü doğrultmadı. Tramp vəd etdiyini yapa bilmədi, buna nəinki Amerikanın “dərin dövlət”i imkan vermədi, üstəlik, Ağ Evin yeni başçısının özünü belə, bu dəqiqə baş qaldırmağa qoymurlar və hətta onun…

642 total views, no views today

Davamını oxu

Voleybolçularımız DÇ-nin seçmə mərhələsində ardıcıl dördüncü qələbə qazandı

Voleybolçularımız DÇ-nin seçmə mərhələsində ardıcıl dördüncü qələbə qazandı

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. “Narıncılar”a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə,…

2,493 total views, 1 views today

Davamını oxu

Polisi öldürən “Porsche”nin sahibi ilə bağlı müəmma

Polisi öldürən “Porsche”nin sahibi ilə bağlı müəmma

Kəbirə Məmmədova onun belə bir qardaşı oğlu olmadığını deyir Bibiheybət yolunda polisin ölümü ilə nəticələnən avtoqəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov mətbuatda məşhur iş adamı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunsa da, sahibkar bunu inkar edib. K. Məmmədova unikal.org saytına bildirib ki, onun belə bir qardaşı oğlu yoxdur: “O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq…

2,749 total views, no views today

Davamını oxu

Günün qoroskopu: İşlərinizi düzgün qurun

Günün qoroskopu: İşlərinizi düzgün qurun

QOÇ – Ulduzların düzümü bu tarixdə xeyli işləyəcəyinizdən xəbər verir. Lakin buna görə usanmağınız əbəsdir. Çünki əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin. BUĞA – Əgər işləyirsinizsə, müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb rəhbərliklə, eləcə də həmkarlarınızla mübahisələrdən yayının. Sərt mövqe nümayiş etdirməkdənsə, təmkinli olun. ƏKİZLƏR – Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri və ya fəaliyyətdə sıçrayışlarla bağlı gözləntilərdir. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız. XƏRÇƏNG…

3,747 total views, no views today

Davamını oxu

Avropa Birliyi çökdürülür: Dünyanın tən yarısı fəlakətə sürüklənir

Avropa Birliyi çökdürülür: Dünyanın tən yarısı fəlakətə sürüklənir

ABŞ özünün əsas beynəlxalq rəqiblərindən biri olan Avropa Birliyindən xilas olmağa can atır Avropa Birliyi ətrafındakı çənbər daralır. Bu nüfuzlu beynəlxalq siyasi-iqtisadi iradə mərkəzi öz süqut dönəmini yaşayır. Düzdür, bu qurumun ətrafında yaşananlar hələlik o qədər də faciəvi xarakter daşımır. Ancaq buna baxmayaraq, cərəyan edən proseslər Avropa Birliyinin addım-addım sona doğru irəlilədiyini göstərir. Və bu proseslərin inkişaf istiqamətləri dəyişməz qalarsa, Avropa Birliyinin iflası qaşılmaz xarakter daşıya bilər. Maraqlıdır ki, Avropa Birliyinin gələcək taleyini müəyyənləşdirən beynəlxalq…

496 total views, no views today

Davamını oxu

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutacaq. Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub. Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1,…

689 total views, 1 views today

Davamını oxu

Meksikada quldurlar həbsxana rəısını oğurlayaraq qətlə yetirib

Meksikada quldurlar həbsxana rəısını oğurlayaraq qətlə yetirib

Meksikanın Herrero ştatındakı həbsxananın direktoru naməlum quldurlar tərəfindən oğurlanaraq qətlə yetirilib. “Report”un məlumatına görə, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası qrupunun rəhbəri Roberto Alvares Erediya xəbər verib. Mərhumun yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesin evinə basqın ediblər. Onlar dikrektoru döyərək naməlum istiqamətə aparıblar. Onun oğurlanmasında dərhal sonra federal və yerli güc strukturları Çopinin axtarışı məqsədilə irimiqyaslı əməliyyata başlayıblar. Lakin bu heç bir nəticə verməyib. Sonradan onun boynundan xəsarət almış meyiti tapılıb. Herrero ştatı Meksikanın cinayətkarlıq…

615 total views, no views today

Davamını oxu

Gürcüstan hökumətinə sual: azərbaycanlı jurnalisti Tbilisidən necə gətiriblər?

Gürcüstan hökumətinə sual: azərbaycanlı jurnalisti Tbilisidən necə gətiriblər?

Jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılır və sərhədi qanunsuz olaraq keçmək və qaçaqmalçılıqda ittiham edilir- rəsmi versiya belədir. Vəkili Elçin Sadıqov onunla görüşdükdən sonra jurnalistlərə başqa cür deyir: jurnalistin Gürcüstan dövlət işçiləri tərəfindən saxlandığına ehtimal olduğunu və Azərbaycan sərhəd zastavasında cibinə 10 min avro qoyulduğunu bildirir. Elçin Sadıqov Əfqan Muxtarlının Gürcüstanda necə saxlandığı barədə verdiyi məlumatı və bədənində gördüyü bir neçə xəsarət əlamətləri barədə danışıb. Vəkil bildirir ki, Əfqan Muxtarlı cinayət məcəlləsinin…

564 total views, no views today

Davamını oxu

AVROPA TRAMPDAN XİLAS OLUR

AVROPA TRAMPDAN XİLAS OLUR

Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriyel Amerika–Avropa münasibətlərinin perspektivinə şübhə ilə yanaşır. Amma buna baxmayaraq, Almaniya federal hökuməti iki gün əvvəl Transatlantik münasibətinin mühümlüyünü xüsusi olaraq vurğulayıb. Gənclik illərini Almaniya Demokratik Respublikasında keçirən Merkel üçün Amerika işıqlı ideal olub. Məhz o, Amerika və Avropa arasındakı etibarlı əlaqələrin sonu barəsində danışır. Hətta öz sözlərinə “pivə çadırında” da nəzarət etməyi bacaran Merkelin işlətdiyi bu ifadə çox maraq doğurur. Kanslerliyinin ilk dönəmində Merkel Transatlantik romantiki hesab edilirdi. Merkel…

464 total views, no views today

Davamını oxu
1 2