Fatih Terim Ardanın qovulmasından danışdı

Çox üzgünəm, belə olmasını istəmirdim. Arda üçün də, sizin də üçün də çox təəssüflənirəm.Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim bildirib.

“Arda bizim övladımızdır. Kaş ki, belə olmazdı. Olay 12-ci sırada baş verdi, mən isə 1-ci sıradaydım. Olayı görmədim. Köməkçilərim nələr baş verdiyini mənə bildirdilər. Günboyu bununla bağlı iclas keçirdik. Nəticədə belə bir qərar verildi”, – Terim qeyd edib.

Qeyd edək ki, jurnalist Bilal Meşəni təhqir etdiyi üçün baş məşqçi Fatih Terim tərəfindən təlim-məşq toplantısından kənarlaşdırılan Türkiyə millisinin hücumçusu Arda Turan yığma komandadan uzaqlaşdığını bəyan edib.

1,886 total views, 2 views today

Print Friendly, PDF & Email