Vaqif Səmədoğlu Parisdə yad edildi

Dünən Fransanın paytaxtı Parisdə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. Musavat.com xəbər verir ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş “Bir gün təbəssüm olmuşdum” adlı şerlər toplusu təqdim olunub.

Xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atasi, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da belə onun şer tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulayıb.

Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib ki, Vaqif Səmədoğlu sovet dövründə yaşayıb yaratsa da, öz şeri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacarıb və buna buna görə xalqın geniş rəğbətini qazanıb. Səfir, şairin məşhur « Doğuldum 1939-da, 1937-də tutuldum » misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını deyib.

Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak ediblər. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.

Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşmüs, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. N.Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.
Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılıb, şerləri və sözlərinə yazılmış mahnıları səsləndirilib, eləcə də ona həsr olunmuş film izlənilib.

Gecə Azərbaycan və həmçinin Avropa klassik bəstəkarların musiqisindən və ibarət olan genc pianoçu Vurğun Vəkilovun ifasında konsert proqramı ilə sona çatıb.

Sevinc, Musavat.com

2,632 total views, 1 views today

Print Friendly