DÇ-2018-in seçmə qrup mərhələsində növbəti turun oyunlarına start verilib – NƏTİCƏLƏR

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib. Apasport.az saytının məlumatına görə, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.

A qrupunda İsveç – Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.

B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib.

H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub.

DÇ-2018-in seçmə mərhələsi

VI tur

9 iyun

A qrupu

Belarus – Bolqarıstan – 2:1

Qollar: Sivakov, 33, Savitski, 80 – Dyakov, 90+1

 

Hollandiya – Lüksemburq – 5:0

Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)

 

İsveç – Fransa – 2:1

Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 – Jiru, 37

 

 

B qrupu

Andorra – Macarıstan – 1:0

Qol: Rebes, 26

 

Farer Adaları – İsveçrə – 0:2

Qollar: Caka, 36, Şakiri, 59

 

Latviya – Portuqaliya – 0:3

Qol: Ronaldo, 41, 63, Silva, 67

 

H qrupu

Bosniya və Herseqovina – Yunanıstan – 0:0

 

Cəbəllütariq – Kipr – 1:2

Qollar: Hernandez, 30 – Çipolina, 10 (öz qapısına), Sotiriu, 81

 

Estoniya – Belçika – 0:2

Qol: Mertens, 31, Şadli, 86

6,780 total views, 1 views today

Print Friendly, PDF & Email