Şimali İrlandiya Azərbaycan millisinə qalib gəldi

DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, milli komandamız da bu gün növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Belfastdakı görüşdə bu rəqibinə 0:4 hesabı ilə uduzan komandamız qələbə qazanaraq, həm məğlubiyyətin əvəzini çıxmağa, həm də qrupdakı mövqeyini yaxşılaşdırmağa çalışıb. Ancaq buna müvəffəq olmayıb.

90 dəqiqə boyunca hücumda oynayan komandamız 90-cı dəqiqədə qapısından qol buraxıb.

10 iyun

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

20:00. Azərbaycan – Şimali İrlandiya – 0:1 (İkinci hissə)
Qol: Dallas, 90+2
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Rəşad Sadıqov (k), Maksim Medvedev, Bədavi Hüseynov, Cavid Hüseynov, Riçard Almeyda, Dmitri Nazarov (Namiq Ələsgərov, 77), Əfran İsmayılov (Rahid Əmirquliyev, 84), Ramil Şeydayev

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Eddi İsrafilov, Ruslan Qurbanov, Ruslan Abışov, Emin Mahmudov, Ağabala Ramazanov, Tərlan Quliyev

Şimali İrlandiya: Mixael Makqoven, Konor Maklofin, Qaret Makoli (Nial Makgin-25, Li Hodson – 86), Conni Evans, Stiven Devis (k), Liam Boys (Kayl Lafferti – 77), Kris Brunt, Stüart Dallas, Oliver Norvud, Aaron Hyuz, Coş Makkeniş

Ehtiyat oyuçular: Alan Mannus ,Roy Kerrol , Şeyn Ferqyusson,Tom Flanqan,Daniel Lafferti, Pol Paton, Metyu Lund,Simus Makkartan, , Adam Tompson

22:45. Almaniya – San Marino

22:45. Norveç – Çexiya

4,339 total views, 1 views today

Print Friendly