“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib – NƏTİCƏLƏR

Bu gün DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, D, G və İ qrupunda oyunlar baş tutub.

D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.

G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail – Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.

İ qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub.

DÇ-2018-in seçmə mərhələsi
VI tur
11 iyun

D qrupu
İrlandiya – Avstriya – 1:1
Qollar: Valters, 85 – Hintereger, 31

Moldova – Gürcüstan – 2:2
Qollar: Ginsari, 15, Dedov, 36 – Merabaşvili, 66, Kazaişvili, 70

Serbiya – Uels – 1:1
Qollar: Mitroviç, 74 – Remzi, 35 (penalti)

G qrupu
Makedoniya – İspaniya – 1:2
Qollar: Ristovski, 66 – David Silva, 15, Dieqo Kosta, 27

İtaliya – Lixteynşteyn – 5:0
Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5

İsrail – Albaniya – 0:3
Qollar: Sadiku, 22, 44, Memuşay, 72

İ qrupu
Finlandiya – Ukrayna – 1:2
Qollar: Pohjanpalo, 72 – Konoplyanka, 51, Besedin, 75

İslandiya – Xorvatiya – 1:0
Qol: Maqnusson, 90

Kosova – Türkiyə – 1:4
Qollar: Rrahmani, 22 – Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82

11,770 total views, 1 views today

Print Friendly