İran üçün tarixin ən böyük şoku — Kampaniya başladıldı

İranda qadınlara başını örtməyi məcbur edən qanuna qarşı sosial şəbəkədə bir kampaniya başlayıb.

Bu ideya geyim məcburiyyətinə qarşı internetdə “My stealthy Freddom” adlı hərəkatı quran Masih Əlinejada məxsusdur. Kampaniyanı başlayan Əlinejad ABŞ-da yaşayır və həbs edilmə təhlükəsi olduğu üçün 2009-cu ildən çıxdığı İrana geri qayıda bilmir.

İranda 1979-cu il inqlabına qədər bir çox qadın qısa don və qısa qollu köynəklər geyinə bilirdi. Amma Ayətulla Xomeyninin rəhbərliyindən sonra hər şey dəyişdi.

Qadınlar başlarını örtməli, makiyaj etməməli və dizə qədər uzun palto geyinmək məcburiyyətində qaldılar. 1979-cu ildə bu qanuna qarşı 100 minə yaxın insan etiraz nümayişi etdi. Bu günə qədər də qanuna qarşı çıxanlar var.

Kampaniyaya 3 il ərzində 3 mindən çox qadın foto və video göndərib. İnternet səhifəsi fəaliyyətini məxfi aparır. Bu kampaniya isə artıq 5 həftədir davam edir. İlk iki həftədə Əlinejada 200-dən çox video göndərilib.

Əlinejad əsasən İrandan foto və video aldığını bildirir. Amma Avropa, Səudiyyə Ərəbistanı və ABŞ-dan da qatılanlar var. Əfqanıstanlı bir qadın kampaniyanı dəstəklədiyini, amma başıaçıq foto paylaşmaqdan qorxduğunu etiraf edib.

İranın rəsmi xəbər agentliyi “Tasnim” kampaniyaya reaksiya göstərib və əri ilə fotosunu paylaşan Əlinejadı “fahişə” adlandırıb.

İran İnqilabı Keşikçiləri Korpusuna yaxın olan “Maşregh” xəbər agentliyi isə Əlinejadın qara çadralı anası və atası ilə çəkilən fotonu paylaşıb “Masih, öləcəksən” yazıb.

Əlinejad isə, kampaniyaya davam edəcəyini bildirib.

3,636 total views, 1 views today

Print Friendly, PDF & Email