Nobel mükafatçısı Aziz Sancar: Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam

“Bir dövlətin hərbi xərclərə ayırdığı vəsaitin elm və təhsilə ayırdığı vəsaitlərdən çox olması yaxşı hal deyil”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci il kimya üzrə Nobel mükafatçısı Aziz Sancar Bakıda “Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib.

Nobel mükafatçısı bildirib ki, milliyyətçilik bir lənətdir, milliyyətçiliyi vətənpərvərliklə qarışdırmaq lazım deyil: “Mən türkpərəstəm, öz ölkəmi sevirəm. Nəhəng Osmanlı imperiyası XVI əsrdən etibarən elmi tədqiqatlara ayrılan vəsaiti dayandırdı. Bax, bundan sonra sanki Osmanlı imperiyasının sonunun təməli qoyuldu. O boyda nəhəng imperiyadan kiçik bir ərazi qaldı. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının torpaqları digər Avropa dövlətləri arasında bölüşdürüldü. Daha sonra müasir Türkiyə dövləti quruldu. Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq. Mustafa Kamal Atatürk təhsil sahəsində islahatçı olub. Mən Atatürkün sayəsində gözəl təhsil aldım. Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam”.

4,184 total views, 1 views today

Print Friendly, PDF & Email