Konfederasiyalar Kuboku başlayır

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku – 2017-yə start veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, turnirdə iki qrupda 8 komanda mübarizə aparacaq.

Yarışda növbəti dünya çempionatının ev sahibi Rusiya, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) çıxış edəcək.

10-cu dəfə təşkil olunacaq turnir Rusiyanın 4 şəhərində – Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) keçiriləcək.

Açılış oyunu bu gün baş tutacaq. Meydan sahibi Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.
Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00. Rusiya – Yeni Zelandiya

18 iyun

19:00. Portuqaliya – Meksika

B qrupu

22:00. Kamerun – Çili

19 iyun

19:00. Avstraliya – Almaniya

11,389 total views, 3 views today

Print Friendly