ABŞ-ın “Fitzgerald” esminesinin itkin düşmüş 7 hərbçisi ölü tapılıb – VİDEO

ABŞ-ın “Fitzgerald” esminesinin Filippinin ticarət gəmisi ilə toqquşma zamanı itkin düşmüş dənizçiləri ölüblər, onların meyitləri gəminin su altında qalan hissəsindən tapılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 7-ci donanması məlumat yayıb.

Bundan əvvəl insident nəticəsində 3 nəfərin yaralandığı, 7 nəfərin itkin düşdüyü bildirilirdi.

Dənizçilərin cəsədləri gəminin batmış hissəsindən tapılıb. Onların meyitləri tanınmaları üçün Yokosuka şəhər xəstəxanasına göndərilib.
Hadisə şənbə günü səhər baş verib.

Yaponiyanın Sidzuoka perfekturasının Simoda limanının dənizdə təhlükəsizlik xidmətinə sahildən 20 kilometr aralıda Amerikanın “USS Fitzgerald” (Uzunluğu 154 metr, tonnajı 8,3 min ton) və Filippinin “ACX Crystal” konteyner gəmisinin (Uzunluğu 222,6 metr, su basımı 29 min ton) toqquşması barədə məlumat daxil olub.

452 total views, 2 views today

Print Friendly