“Reket qəzetlər” nəşriyyatdan çıxarılırmı?

Bu məsələyə “Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin rəisi Afiq Vəlimətov aydınlıq gətirib. ““Azərbaycan” nəşriyyatında yerləşən bəzi qəzetlər var ki, onlar fəaliyyətini dayandırıb. Bunun da səbəbləri var. Əvvəla, maliyyə çətinliyi ilə üz-üzədirlər. Digər tərəfdən, qəzetlər sayt versiyasına keçib. Ona görə də nəşr olunmurlar. Həm də çətinliklər üzündən nəşriyyatdan çıxan qəzetlər var ki, onların yerinə yeniləri gəlir. Belə deyək də, həmişə olduğu kimi qəzetlərin dotasiyası davam edir”.
Afiq Vəlimətov “reket qəzet”lərin nəşriyyatdan çıxarılması məsələsinə də aydınlıq gətirib. “Mətbuat Şurasının “qara siyahı”sına düşən qəzetlərlə bağlı “Azərbaycan” nəşriyyatı hər hansı tədbir görmür. Çünki tədbiri Mətbuat Şurası, məhkəmələr, dövlət idarələri görür. Əgər hər hansı qəzetlə bağlı məhkəmənin qərarı olursa, dərhal həmin qəzetin heyətini nəşriyyatın binasından çıxarırıq”.

1,514 total views, 6 views today

Print Friendly