Onlar ancaq 70 yaşında ana ola bilirlər

Pakistanla Hindistanın sərhəddində yaşayan Hunza türkləri dünya alimlərinin diqqət mərkəzinə çevrilib. Kökü Hun türklərindən gələn Hunzalar bir sıra qeyri-adi xüsusiyyətlərə malikdirlər.

Belə ki, Hunza türkləri 110-120 il yaşayır, qadınlar 65-70 yaşında ana olur və heç vaxt xərçəng xəstəliyinə tutulmurlar. Onlar eyni zamanda digər xəstəliklərə də nadir hallarda yoluxurlar. Dəniz səviyyəsindən 6 min metr hündürlükdəki ərazidə yaşayan Hunzalar özlərinin əkib-becərdikləri məhsullarla qidalanır və buz kimi su içirlər.

Ədviyyatlı yeməkləri ilə məşhur olan Hunzaların uzunömürlülüyünün sirri alimlərin də diqqətini cəlb edib və onlar artıq bunun üzərində araşdırmalara başlayıblar.

 

1,326 total views, 7 views today

Print Friendly