Ulduz falı: soyuqqanlı olun

Ulduz falı: soyuqqanlı olun

Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın. İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin. Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz. Situasiyaya təmir rıçaqlarını zəiflətməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər. Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin. Günün…

1,925 total views, no views today

Davamını oxu

Madriddə etiraz başladı: Terrorizmə qarşı…

Madriddə etiraz başladı: Terrorizmə qarşı…

Avqustun 20-də yüzlərlə müsəlman İspaniyanın paytaxtı Madridin mərkəzində Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər. Axar.az xəbər verir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub. Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar. 1,303 total views, no views today

1,303 total views, no views today

Davamını oxu

“Rəfti” xalq rəqs kollektivinin üzvləri uzunömürlülərdir – VİDEO

“Rəfti” xalq rəqs kollektivinin üzvləri uzunömürlülərdir – VİDEO

Xeberlenti.com Xezerxeber.com- a istinadən xəbər verir ki, igüclü enerji tələb etdiyindən adətən rəqs kollektivləri gənclərdən ibarət olur. Lakin, sizə təqdim edəcəyimiz kollektiv yalnız yaşlı nəslın nümayəndələrindən ibarətdir. Burada hətta, 91 yaşlı rəqqas da var. Bu da səbəbsiz deyil. Çünki, bu rəqs kollektivi uzunömürlülər diyarı olan Lerikdə fəaliyyət göstərir. Yaşlı olmalarına baxmayaraq ifa etdikləri rəqslərlə gənclərə meydan oxuyurlar… Adı “güc”, “qüvvət” mənasını verən “Rəfti” rəqs kollektivi 6 ildir ki Lerikdə fəaliyyət göstərir. Əsasən foklor rəqsləri ifa…

1,319 total views, no views today

Davamını oxu

Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan edib

Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə xəbərdarlıq etdiyini bəyan edib

“Çağırışımıza səmimi cavab verməyən ölkələrin Türkiyənin atacağı addımlara reaksiyasını nəzərə almayacağıq” “Bizə dost olaraq görünənlər PKK, PYD, YPG adı altında qurulmuş və qurulacaq terror təşkilatlarının qurumların nə olduğunu bildikləri halda bizim gözümüzün içinə  yalan söyləyirlər. Qərb bir terror təşkilatını yanına alaraq, guya digər terror təşkilatı olan İŞİD-lə mübarizə adı altında bölgəni yeni dizayn etməyə çalışır”.   APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf…

983 total views, no views today

Davamını oxu

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tayvanın paytaxtı Taypeydə start götürən XXIX Yay Universiadasında qızıl medal qazanıb. “Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, almaniyalı Filipp Qalandi, latviyalı Vadim Lando, bosniya və herseqovinalı Hadis Ramiç və rusiyalı Niyaz Bilalovu üstələdikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada isə Kotsoyev yaponiyalı Kentaro İydanı üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Universiadada Azərbaycanı taekvondo (12),…

784 total views, no views today

Davamını oxu

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti  İlham Əliyev  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.   APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.   Məlumat verilib ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən…

849 total views, no views today

Davamını oxu

“Porsche” və “Gelandewagen”lər qorxu yaradır

“Porsche” və “Gelandewagen”lər qorxu yaradır

Son zamanlar mətbuatda tez-tez “Porsche” və “Mercedes-Gelandewagen” avtomobillərinin səbəb olduğu qəza xəbərlərinin şahidi oluruq. Xüsusilə bu tipli avtomobillərin ağır nəticələnən hadisələrdə adının hallanması insanların fikirlərində müəyyən dəyişiklik yaradıb. Belə ki, artıq şəhərdə “Porshe” və ya “Mercedes-Gelandewagen” görən piyada bacardığı qədər uzaqlaşmağa və ya daha ehtiyatlı davranmağa çalışır. Əksəriyyət narahatlıq və qorxu hissi keçirir. Maraqlıdır, insanların canına xof salan səbəblər nələrdir? Bu halların qarşısını almaq üçün nə etmək lazımdır? Hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov…

1,502 total views, no views today

Davamını oxu

Qərb dəyərlərinin ərsəyə gətirdiyi Avropa liderləri:sonsuzlar, homoseksuallar, transvestitlər…

Qərb dəyərlərinin ərsəyə gətirdiyi Avropa liderləri:sonsuzlar, homoseksuallar, transvestitlər…

Avropanın aparıcı ölkələrinin liderləri – AFR kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Mereza Tey, Fransanın yeni prezidenti Emmanuel Makron, İtaliya Nazirlər Sovetinin sədri Paolo Centiloni və onların Avropa “rəisi” Jan-Klod Yunker xarakterlər və həyat təcrübəsi müxtəlifliyi şəraitində bir məsələdə tamamilə bir-birinə oxşayırlar: onların öz övladları yoxdur. Orta Avropa ölkələrinin bəzi liderləri də onlara bənzəyirlər. Məsələn, on aylığında anası tərəfindən uşaq evinə verilmiş İsveç baş naziri Stefan Löven və yaxud onun niderlandlı həmkarı, valideynlərinin yeddinci…

1,519 total views, no views today

Davamını oxu

Rusiyada hücumu bu təşkilat həyata keçirib – VİDEO

Rusiyada hücumu bu təşkilat həyata keçirib – VİDEO

İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb. Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda terror qruplaşmasına yaxın olan “Amaq” agentliyi məlumat yayıb. Polis isə terror aktını hücumun əsas versiyası kimi istisna edib. Daha əvvəl məlum olub ki, silahlı kişi psixi xəstəlikdən əziyyət çəkdiyi təxmin edilən 1994-cü il təvəllüdlü yerli sakindir. “Lenta.ru” saytının həmsöhbətləri onun davranışında qəribəliklərin olduğunu bildiriblər. Anonim mənbələrin məlumatına görə, o, Mərkəzi Asiya mənşəli Bobiçel Əbdülrəhmanovdur. *** Rusiyanın Surqut şəhərində naməlum…

1,033 total views, no views today

Davamını oxu

İlber Ortaylı: “Azəri” sözünü ortaya Stalin çıxarıb”

İlber Ortaylı: “Azəri” sözünü ortaya Stalin çıxarıb”

Türklər arasında “azəri” deyilən bir millət yoxdur. Axar.az xəbər verir ki, bunu Kırklarelində iştirak etdiyi konfranslardan birində çıxışı zamanı məşhur türkiyəli tarixçi İlber Ortaylı söyləyib. “Azərbaycanlı başqa, azəri başqa anlayışdır. Türklər arasında “azəri” deyilən bir millət yoxdur. Kommunist şairlər belə şeirlərində “türk qızları” ifadəsi işlədirdilər. Bunu ortaya Stalin çıxarıb. O, millətlərdən anlayışı olmayan cahil bir gürcü idi”, – tarixçi bildirib. 1,356 total views, no views today

1,356 total views, no views today

Davamını oxu

Trampdan general taktikası: müsəlmanlara donuz qanı…

Trampdan general taktikası: müsəlmanlara donuz qanı…

ABŞ Prezidenti Donald Tramp Barselonadakı terror hücumu ilə bağlı məsuliyyəti İŞİD-in öz üzərinə götürməsinə reaksiya verib. Axar.az xəbər verir ki, Tramp Tvitter hesabında “O vaxt general Perşinqin ələ keçən terrorçulara nələr etdiyini araşdırın. Onun bu taktikasından sonra islami terrorun kökü kəsilmişdi” yazıb. Qeyd edək ki, Trampın adını çəkdiyi general Con Perşinq 1913-cü ildə Filippində üsyan edən müsəlmanları donuz qanına batırılmış güllələrlə öldürmüşdü. 874 total views, no views today

874 total views, no views today

Davamını oxu

Prezident İlham Əliyev Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib. Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam…

990 total views, no views today

Davamını oxu
1 2 3 4 444