Kolumbiyada sel nəticəsində 250 nəfər ölüb, 220 nəfər itkin düşüb

Kolumbiyada sel nəticəsində 250 nəfər ölüb, 220 nəfər itkin düşüb

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölənin prezidenti Xuan Manuel Santos bildirib. Təbii fəlakət nəticəsində 400 nəfərin xəsarət aldığını, 220 nəfəri itkin düşdüyünü bildirib. Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa, Sanqoyako və Mulatos çaylarında daşqının baş verməsi göstərilir. Təbii fəlakət  17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.         270 total views, no views today

270 total views, no views today

Davamını oxu

ABŞ-da iki təyyarə havada toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə havada toqquşub, ölənlər var

ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb. APA-nın  “The Daytona Beach News-Journal”a istinadən verdiyi xəbərə görə, toqquşma Ecuoter şəhəri yaxınlığındakı meşə sahəsi üzərində baş verib. Təyyarələrdən biri havada olarkən qanadı ilə digərinə dəyib. Təyyarələrdən birinin modeli  “Cessna 170” olub, digərinin isə kustar üsula istehsal olunduğu bildirilir. İnsidentin araşdırılmasına başlanılıb. Təyyarələrin göyərtəsində yalnız pilotlar olub.     289 total views, 2 views today

289 total views, 2 views today

Davamını oxu

Fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb – Yevlaxda bədbəxt hadisə

Fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb – Yevlaxda bədbəxt hadisə

Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. “Report”un Qərb bürosu xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb. Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 425 total views, no views today

425 total views, no views today

Davamını oxu

Xuraman Abbasovanın yaylığına şeir həsr edən məşhur şair vəfat etdi…

Xuraman Abbasovanın yaylığına şeir həsr edən məşhur şair vəfat etdi…

Moderator.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl böyük sovet, rus şairi Yevgeni Yevtuşenko 85 yaşında Amerikada vəfat edib. Şair vəsiyyət edib ki, onu Podmoskovyedə – Peredelkinoda Pasternakın məzarının yaxınlığında dəfn etsinlər. Qeyd edək ki,Yevtuşenko 60-70-ci illərdə SSRİ-nin ən populyar, sevilən şairi olub. Oxucularımızın nəzərinə çatdıraq ki, 1988-ci ilin fevralında, Dağlıq Qarabağ hadisələri baş verəndə Xuraman Abbasovanın Xankəndinə yürüş edən kütlənin qarşısına atdığı yaylıq və kütlənin dayanması Yevgeni Yevtuşenkonu təsirləndirmiş, bu hadisəyə şeir həsr etmişdi….

356 total views, no views today

Davamını oxu

4 otaqlı ev əşyalarla birlikdə kül oldu – VİDEO

4 otaqlı ev əşyalarla birlikdə kül oldu – VİDEO

Zaqatalada yaşayış evi yanıb. ARB Şəki xəbər verir ki, hadisə axşam saatlarında rayonun Əliabad qəsəbəsində, Azi Uveys qızı Ramazanovaya məxsus 4 otaqlı evdə baş verib. Əraziyə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.   336 total views,…

336 total views, no views today

Davamını oxu

Nigeriyada “Boko Haram” silahlıları 22 qız oğurlayıb

Nigeriyada “Boko Haram” silahlıları 22 qız oğurlayıb

Nigeriyada “Boko Haram”  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb. APA-nın “AFP”-yə istinadən verdiyi xəbərə görə, martın 30-da silahlılar ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb. Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar. 2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanmışdı. Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır….

314 total views, no views today

Davamını oxu

Türkiyənin tanınmış aktyoru həbs edilib

Türkiyənin tanınmış aktyoru həbs edilib

Türkiyənin tanınmış aktyoru Yurdaer Okur Şimali Kipr Türk Cümhuriyyətində Ercan hava limanında üzərində bir qram ağırılığında narkotik maddə olmaqda şübhəli bilinərək həbc edilib. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, martın 31-də onun məhkəməsinin olacağı gözlənilir. 43 yaşlı aktyor Okur narkotik maddə daşımaq və idxal etməkdə ittiham edilir. Miqdarından asılı olmayaraq, Şimali Kiprdə üzərində narkotik maddə gəzdirmək ağır cinayətlərdən sayılır. Yurdaer Okur 1974-cü il oktyabrın 29-da anadan olub. 1994-cü ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünə qəbul olub…

760 total views, no views today

Davamını oxu

ABŞ-da avtobus yük maşını ilə toqquşub, 12 nəfər ölüb

ABŞ-da avtobus yük maşını ilə toqquşub, 12 nəfər ölüb

ABŞ-da ağır yol qəzası baş verib. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Texas ştatında sərnişin avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində yük maşınının sürücüsü daxil olmaqla 12 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisənin digər təfərrüatları hələ ki, açıqlanmır. 283 total views, 1 views today

283 total views, 1 views today

Davamını oxu

Böyük Britaniayda göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb

Böyük Britaniayda göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb

Böyük Britaniyada göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb. APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, “Twin Squirrel” markalı şəxsi helikopter İrland dənizi üzərində radarlardan itib. Hadisə Uelsin Kaernafon şəhəri yaxınlığında baş verib. Milton Kins şəhərindən Dublinə uçan helikopterin tapılması üzrə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Məlumata görə, xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur. 265 total views, no views today

265 total views, no views today

Davamını oxu

Qəzza zolağında “HƏMAS” liderlərindən biri öldürülüb

Qəzza zolağında “HƏMAS” liderlərindən biri öldürülüb

Qəzza zolağında “HƏMAS”-ın liderlərindən biri öldürülüb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Fukahanı qətlə yetiriblər. Məlumata əsasən, o, 2011-ci ildə İsrail tərəfindən həbsxanadan buraxılaraq Qəzza zolağına göndərilib. İsrail müdafiə ordusu hadisəni şərh etməkdən imtina edib. 412 total views, no views today

412 total views, no views today

Davamını oxu

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb

ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb. APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib. İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb. Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.   322 total views, no views today

322 total views, no views today

Davamını oxu
1 5 6 7 8