Prezidentin qızı Leyla Əliyeva Zəhraya şeir həsr etdi: O körpə canına necə qıydılar?

Prezidentin qızı Leyla Əliyeva Zəhraya şeir həsr etdi: O körpə canına necə qıydılar?

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva  iyulun 4-də  Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.  Xeberlenti.com  Oxu.az-a istinadən həmin şeiri təqdim edir. Niyə öldürdülər, de, səni axı? O körpə canına necə qıydılar? İki yaşlı qızın nəymiş günahı – Aparıb soyuq bir qəbrə qoydular! Dağları, düzləri sevirdin yəqin, Qaçırdın otluqda ayağıyalın… Zərif izlərini kim sildi sənin- O hansı cəlladdı, o hansı zalım?!_ Heç…

10,057 total views, no views today

Davamını oxu

Mənim bu dünyayla söhbətim tutmur-Əbülfət Mədətoglu

Mənim bu dünyayla söhbətim tutmur-Əbülfət Mədətoglu

Bəlkə də xatırlatma belə artıqdır ki, ədəbiyyatşünaslıq ədəbiyyatın formasını, məzmununu, onun nə dediyini və nə demək istədiyini tədqiq edən, hətta proqnozlaşdırmaq missiyasını üzərinə götürən elmdir. Bütün bunlara baxmayaraq, ədəbiyyatşünaslıq heç vaxt lokomativ olmayıb, ədəbiyyat qatarının vaqonlarından başqa hansısa  effekt yaratmayıb. Ədəbiyyatşünaslıq, sadəcə olaraq, ədəbi fakt üzrə sözünü deyib, azından, üç min ilə yaxındır ki, belədir. Hər halda, bu günümüzə çatan yazılı mənbələr də təsdiq edir ki, hətta Aristotel belə, ədəbiyyatda görmək  istədiyini deməkdən başqa bir…

4,040 total views, no views today

Davamını oxu

Azər Qismət- Yaşlı qadından gözləməzdim

Azər Qismət- Yaşlı qadından gözləməzdim

Deyəsən yaşlı qadının ürəyinə dəydim. Qonşuda Sənubər (ad şərtidir) adlı yaşlı bir qadın yaşayır. Həyətində günəbaxan tumu, siqaret, un, qənd və sair satır. Bu hadisənin tarixi 6 ay əvvəldən başladı. Bir dəfə evə gələndə yadıma düşdü ki, siqaret almamışam. Hava yağışlı olduğundan geriyə qayıtdım. Yadıma düşdü ki, Sənubər xaladan alaram. Əlimi cibimə atdım, cəmi 20 qəpik qalmışdı. Düşündüm ki, səhər tezdən qapılarının ağzından keçəndə pulunu verərəm. Qapını döyüb siqaret aldım. Gülümsəyib dedi ki, “heç olmasa…

10,225 total views, 1 views today

Davamını oxu

Vaqif Səmədoğlu Parisdə yad edildi

Vaqif Səmədoğlu Parisdə yad edildi

Dünən Fransanın paytaxtı Parisdə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. Musavat.com xəbər verir ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş “Bir gün təbəssüm olmuşdum” adlı şerlər toplusu təqdim olunub. Xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin…

2,663 total views, 1 views today

Davamını oxu

Aysel Əlizadə: Azərbaycanda mənim romanımı təhlil edə biləcək tənqidçi yoxdu

Aysel Əlizadə: Azərbaycanda mənim romanımı təhlil edə biləcək tənqidçi yoxdu

Aysel Əlizadə: “Ölkəmə “Nobel”i “Qadın peyğəmbər” gətirəcək” Yazıçı Aysel Əlizadənin Moderator.az-a müsahibəsini təqdim edirik: – Müsahibəyə yaradıcılığınızda xüsusi yer tutan, oxucular tərəfindən böyük dəyər verilən “Qadın peyğəmbər”lə başlamaq istəyirəm. Bu əsər oxuculardan layiqli qiymət alsa da, tənqidçilərin, yaxud yazıçıların diqqətini çəkmədi. Hər halda şəxsən mən bu diqqəti görmədim. Sizcə niyə? Doğru qeyd etdiz. “ Qadın peyğəmbər” yaradıcılığımda özəl yer tutur. Həm də təkcə yaradıcılıqda yox. Elə bil ona qədərki ömrümü həmin kitabı yazmaq üçün yaşamışam….

808 total views, 1 views today

Davamını oxu

Vaqif Bəhmənli-Yuxu

Vaqif Bəhmənli-Yuxu

Yuxu Pərdə ki, çəkildi, boylanıb dedim; görən bu səhnənin harası yuxu?.. Tanrım, mən ki səndən ömür istədim – Sağ ol, verdin… amma, yarısı yuxu… Heç məndən keçmədi candan keçənim, İçim yolu olu gendən keçənin… Daha nə fərqi var gündüz-gecənin – Ağı göz yaşıdı, qarası yuxu. Qismət göy əsgidə; bükümbəbüküm, Tərpənib gedərdim, tutsaydım yükü. Ha eşim xırmanı, ha dırnaq töküm – Dən gəzən toyuğun darısı yuxu… Hamı girmə dedi, girdim o çaya, Guya eşqə düşüb qalxdım…

399 total views, 1 views today

Davamını oxu

Rövşən Vəliyev – İnanılması zor…

Rövşən Vəliyev – İnanılması zor…

  Rövşən Vəliyev İnanılması zor … Amma bu bir həqiqətdir ki, Bakıda kitab yarmarkası keçirilirdi. İşdən çıxıb evə gedirdim. Daha doğrusu gedirdik. Təbii ki, iş yoldaşlarımızla. Uzaqdan  Akademiya  Bağının  qabağında nəsə gördük. Nəyisə deyəndə, yarmarkaya bənzəyirdi. Yarmarka olmağına yarmarkaydı. Nə satıldığını görmək bir az çətin idi. “Şumotka” deyildi. Yəni, pal-paltar satılmırdı. Çünki, “şumotka” satılsaydı Akademiya bağının budaqlarından alt paltarı, üst paltarı,   şalvar, köynək, bir sözlə əynimizə nə geyiriksə hamısı asılardı. Heç ərzaq məhsullarının da  satılmasını düşünməyə…

924 total views, 4 views today

Davamını oxu