Tillerson ABŞ üçün əsas təhlükəni açıqlayıb

Tillerson ABŞ üçün əsas təhlükəni açıqlayıb

ABŞ dövlət katibi Reks Tillerson İranı ölkəsi üçün ən əsas təhlükə mənbəyi olduğunu bəyan edib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir. “İran hazırda ABŞ və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”, – deyə Tillerson qeyd edib. Jurnalistin “Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqedən çıxış etməyi məcbur edib?” sualına Tillersonun cavabı belə olub: “Ağ Ev hesab edirdi ki, İrana yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı prizmasından yanaşmaq olmaz və mən bununla tam…

321 total views, no views today

Davamını oxu

Türkiyə YPG-ni vurmağa başladı:Əlavə qüvvələr yeridilir

Türkiyə YPG-ni vurmağa başladı:Əlavə qüvvələr yeridilir

Suriyanın Tel Abyad bölgəsində Türkiyə Silahlı Qüvvələri ilə YPG döyüşçüləri arasında gərgin döyüşlərin başladığı bildirilib. Axar.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb. Sözügedən bölgənin mərkəzindən 10 km uzaqlıqdakı Sosık ve Gıresor kəndlərində yerləşən YPG mövqeləri bombalanır. Terrorçuların da müxtəlif raket və artilleriya qurğuları ilə qarşılıq verdiyi bildirilib. Qeyd edək ki, Türkiyə sərhədində yerləşən Tel Abyada hazırda əlavə hərbçilər göndərilir. 649 total views, no views today

649 total views, no views today

Davamını oxu

Pentaqon: “Türkiyənin hava zərbələrindən gec xəbər tutduq”

Pentaqon: “Türkiyənin hava zərbələrindən gec xəbər tutduq”

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib. APA-nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisində PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb. Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: “Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı…

590 total views, no views today

Davamını oxu

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün paytaxt Karakasda 20 yaşlı gənc polislə qarşıdurma zamanı ölüb. Bundan əvvəl hökumət tərəfdarları ilə etirazçılar arasında baş verən toqquşmalarda 22 yaşlı gənc Valensiya şəhərində, 28 yaşlı oğlan isə Taçira ştatında odlu silahdan açılan atəş nəticəsində ölüb. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə…

260 total views, no views today

Davamını oxu

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyənin Silahlı Qüvvələri Hakkari vilayətində 2 gün ərzində həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu zərərsizləşdirib. “Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi silahlı qüvvələrdəki mənbəyə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, Pilotsuz Uçan Aparatla Çukurca rayonunun cənub-qərbində, İraqın şimalında PKK terrorçularının obyektlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində iki terrorçu zərərsizləşdirilib. Daha altı terrorçu aprelin 26-da, İraqın şimalında keçirilmiş hava zərbələri nəticəsində zərərsizləşdirilib. 325 total views, no views today

325 total views, no views today

Davamını oxu

“Mən bu yola kəfənlə çıxmışam”- Əli İnsanovun 7 il cəza aldığı məhkəmədəki son sözü

“Mən bu yola kəfənlə çıxmışam”- Əli İnsanovun 7 il cəza aldığı məhkəmədəki son sözü

“Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir” Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qaradağ rayon Məhkəməsində aprelin 26-da baş tutan prosesdə Əli insanova hökm oxunub. Musavat.com xəbər verir ki, məhkəmə prosesində ilk olaraq dövlət ittihamçısı çıxış edərək Əli İnsanova iş istəyib. Prokuror Əli İnsanovun törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib…

362 total views, no views today

Davamını oxu

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

ABŞ “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, raket Kaliforniya ştatında yerləşən “Vandenberq” bazasından buraxılıb. Nüvə başlığı daşımağa malik raketin sınağının uğurla keçirildiyi bildirilir. 379 total views, no views today

379 total views, no views today

Davamını oxu

XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

XİN: Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

“BMT Baş Assambleyasının 8 dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub. 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır”.   APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance…

583 total views, no views today

Davamını oxu

Dünyanın “ən cəllad” ölkəsi Çindir

Dünyanın “ən cəllad” ölkəsi Çindir

“The Sun” qəzeti yazır ki, Amnesty International təşkilatının yeni hesabatına görə, Çin edamların sayı baxımından dünyada birinci yeri tutur. Onun ardınca İran və Pakistan gəlir. Məqalədə deyilir ki, hər il dünya hakimiyyətləri minlərlə insan barəsində ölüm hökmü icra edirlər. Hesabatda qeyd olunur ki, Çində edam olunanların sayı barədə dəqiq məlumat yoxdur, çünki bu rəqəm dövlət sirri sayılır. 2016-cı ilin edamlara dair hesabatında deyilir ki, Çinin ardınca İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan dünyada ölüm cəzasının…

340 total views, no views today

Davamını oxu

Asiyalı qız irqçilərə dərs verdi

Asiyalı qız irqçilərə dərs verdi

İngiltərədə Safiyə Xan adlı gənc qadın islam əleyhdarları və irqçi-faşizmin İngiltərədəki ən güclü təşkilatı “İngilis Müdafiə Birliyi”nin nümayişi zamanı irqçilərə dərs verib. Axar.az xəbər verir ki, nümayiş zamanı çəkilən bir fotoda təşkilatın lideri İen Kroslendin qarşısında dayanaraq gülümsəyən qadının fotosu ictimai medianın əsas mövzusuna çevrilib. İngilis mediası gözlənilməz və cəsarətli hərəkətinə görə onu “nümayişin qəhrəmanı” adlandırıb. Gənc qız BBC-yə açıqlamasında fotonu belə şərh edib: “Kobudluğu xoşlamıram. Nümayiş zamanı hicablı qadın bir qrup kişi tərəfindən əhatəyə…

1,028 total views, no views today

Davamını oxu

Parlament nümayəndə heyəti Belçikada

Parlament nümayəndə heyəti Belçikada

Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir. Nümayəndə heyətinin ilk görüşü bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub. Görüşdə Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuş, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hazırlanan yeni əməkdaşlıq müqaviləsi…

476 total views, no views today

Davamını oxu

Qaçqınlar Cəmiyyəti Ramil Usubova müraciət etdi – “Açıq-aşkar cinayət əməlidir…”

Qaçqınlar Cəmiyyəti Ramil Usubova müraciət etdi – “Açıq-aşkar cinayət əməlidir…”

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova rəsmi müraciət göndərib. Surəti Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə və Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova ünvanlanmış müraciətdə deyilir: “Hörmətli cənab Nazir! “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hazırkı müraciəti Qərbi Azərbaycandan olan milyonlarla soydaşımızın heysiyyatını təhqir edən Türkiyəli iş adamının bəyanatı ilə bağlıdır. Bildirmək istəyirik ki, bu bəyanatla bağlı cəmiyyətimizə çoxsaylı müraciətlər daxil olmuşdur. Belə ki, Türkiyə Respublikasının “Emre Piliç” şirkətinin təsisçisi,…

1,425 total views, 1 views today

Davamını oxu
1 7 8 9 10 11 12