Zaur ƏHMƏD- Vətəndə vətənsizlər

Zaur ƏHMƏD- Vətəndə vətənsizlər

Yay fəslindən xoşum gəlmir. Bakının, Abşeronun bürkülü havası yayı dözülməz edir. Amma illərdir məni yaydan küsdürən başqa səbəb var. Hər il iyul-avqust aylarında tanıdığım insanların əksəriyyəti məzuniyyətə çıxır. Əksəriyyət istirahət üçün dədə-baba yurduna – doğma kəndinə üz tutur. Hətta isti havası ilə seçilən Kürdəmir olsa belə, adamlar doğma kəndlərinə getməyə can atırlar. Amma mən… Düz, 25 ildir ki, “Kəndə gedəcəyəm”,- deyə bilmirəm. Halbuki uşaq vaxtı məktəbin bağlanmasını – 25 Mayı iplə çəkirdim ki, tətil başlayanda…

4,051 total views, no views today

Davamını oxu

Xalid KAZIMLI – “Dil pəhləvanları”nın seks turizmi

Xalid KAZIMLI – “Dil pəhləvanları”nın seks turizmi

Son dövrlər hər məsələdə olduğu kimi, ərəb turistlərin ölkəmizə axışması mövzusunda da ictimai-siyasi fəallar iki tirəyə ayrılıb və bir-birindən çox uzaq qütblərdədirlər. Ən qəribəsi odur ki, sosial şəbəkələrdə açıqlanmaqda davam edən rəylərə, şərhlərə izləyərkən hər iki tərəf tam olmasa da, xeyli dərəcədə haqlı görünür. Məsələn, ərəb turistlərin bu ölkəyə sırf seks turizminə gəldiklərini, sonradan öz ölkələrinə qayıdıb ölkəmizin reputasiyasını yerlə bir etdklərini, başqa seks manyaklarını Bakıya gəlməyə təşviq etdiklərini söyləyənlər çox haqlıdır. Onlar istəmirlər ki,…

2,477 total views, no views today

Davamını oxu

Fazil Mustafa : Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır

Fazil Mustafa : Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır

Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lüfizadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər! Normal bir istək! Heç Lütfizadə olmasın, sadə bir vətəndaş belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır. Qəribəmə gəldi ki, sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: “Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?” Bizim…

3,559 total views, no views today

Davamını oxu

Zahid SƏFƏROĞLU-Nə qədər ki, Lenin basdırılmayıb…

Zahid SƏFƏROĞLU-Nə qədər ki, Lenin basdırılmayıb…

Və ya Vladimir Leninlə Vladimir Putinin oxşarlığı haqda “Nə qədər burdayam, Leninə və Kreml divarları arxasında yatan digər sovet mütəfəkkirlərinə toxunulmayacağına söz verirəm”. Bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov yox, Rusiya prezidenti Vladimir Putin deyib. Məsələ belə olub ki, Züqanov prezidentlə görüşlərin birində “proletariatın dahi rəhbəri” Vladimir İliç Leninin dəfni məsələsini qaldırılıb. Putin də əmin-arxayın şəkildə ona deyib ki, ürəyini heç sıxma, qəm də yemə, nə qədər ki, mən Kremldəyəm onu heç kim…

2,277 total views, no views today

Davamını oxu

Dünya Sakit; Yeməyimizə zəhər qatanlar…

Dünya Sakit;  Yeməyimizə zəhər qatanlar…

Ərzaq bazarımız keyfiyyətsizlik sindromunun pik nöqtəsinə çatıb. Hansı marketə, bazara gedirsən, üstündə sadəcə, istehsal olunduğu ölkənin adı yazılan qənd, yağ, şəkər, şəkər tozu, pendir, kolbasa-sosiska və sair məhsullarla doludur. Nə istehsal tarixi, nə istehsalçı, nə son istifadə tarixi olmayan belə məhsullar açıq-açığına piştaxtalarda bərq vurur. Bəzən ölkə adına arxayın olub belə məhsullardan alanların arasında keyfiyyətdən razı qalan bir nəfər belə görmədim. Elə yerli məhsullarla bağlı da vəziyyət bundan fərqli deyil: yumurta, pendir, şor və sair…

10,866 total views, no views today

Davamını oxu

Xalid KAZIMLI – Haram zadələr

Xalid KAZIMLI – Haram zadələr

Bu yaxınlarda böyük alim Lütfi Zadənin Amerikada yaşayan 66 yaşlı oğlu Norman Zadə ilə azərbaycanlı jurnalistin söhbətində belə bir mükalimə vardı: Jurnalist: “Azərbaycanı özünüzə vətən hesab edirsinizmi?” Norman Zadə: “Xeyr”. Jurnalist: “ Azərbaycan sizin üçün nə anlam daşıyır?” Norman Zadə: “Ora atamın doğulduğu yerdir”. Səmimi cavablar idi. Doğrudan da Azərbaycanın, Qafqazın, hətta Avropanın Norman Zadəyə dəxli yoxdur. O gözünü Amerikada açıb, ibtidai məktəbə, liseyə, kollecə, universitetə bu qitədə, ölkədə gedib və təbii olaraq oranı sevir,…

7,520 total views, no views today

Davamını oxu

Azər Qismət- Yaşlı qadından gözləməzdim

Azər Qismət- Yaşlı qadından gözləməzdim

Deyəsən yaşlı qadının ürəyinə dəydim. Qonşuda Sənubər (ad şərtidir) adlı yaşlı bir qadın yaşayır. Həyətində günəbaxan tumu, siqaret, un, qənd və sair satır. Bu hadisənin tarixi 6 ay əvvəldən başladı. Bir dəfə evə gələndə yadıma düşdü ki, siqaret almamışam. Hava yağışlı olduğundan geriyə qayıtdım. Yadıma düşdü ki, Sənubər xaladan alaram. Əlimi cibimə atdım, cəmi 20 qəpik qalmışdı. Düşündüm ki, səhər tezdən qapılarının ağzından keçəndə pulunu verərəm. Qapını döyüb siqaret aldım. Gülümsəyib dedi ki, “heç olmasa…

10,225 total views, 1 views today

Davamını oxu

Zaur ƏHMƏD – Dövlət baba, hökumət ata, yetim övlad

Zaur ƏHMƏD – Dövlət baba, hökumət ata, yetim övlad

Bizim camaat çətinə düşən kimi dövlətin qarasına danışmağı çox sevir. Haqqı olan da, olmayan da dövlətdən nəsə umur. Umacağını ala bilməyəndə isə dişinin dibindən çıxanı deyir. Düzü, son dövrlər kimsə bunu açıq şəkildə ifadə eləmir, amma öz aralarında hamı dövləti suçlu çıxarır. Təbii ki, yanlış yapırlar, özü də böyük yanlış. Vallah, bizim camaatın çoxu dövlətin nə olduğunu anlamır. Bəli, narazı qaldıqları, umacaqları olduqları, tənqid elədikləri, hətta təhqir elədikləri ünvan var. Amma o ünvanın adı dövlət…

872 total views, 3 views today

Davamını oxu

Firuz Kazımoğlu-Ax, bu “kafir” avropalılar…

Firuz Kazımoğlu-Ax, bu “kafir” avropalılar…

Ərdoğan beləcə dedi: “Avropa Birliyi xristianlar birliyidir”. Düzdür, hərçənd sayın cumhurbaşkanı, ömürlük  prezidentliyi üçün 2017-ci il aprelin 16-da referenduma gedən dəyərli Tayyib bəy hirsindən o cür deyir, amma belə baxanda, burada ayıb da bir şey yoxdur. Nədən ki, məsələn, bizlər beynəlxalq islam təşkilatı yarada biliriksə, xristianlar niyə yaratmasın? Baxmayaraq ki, bizim etdiklərimizin əksəriyyətini onlar eləmirlər. Məsələn, Suriyadakı, İraqdakı, Liviyadakı, lap elə götürək Türkmənistandakı kimi. Amma onlar bizim nəinki etmədiklərimizi, hətta etməyi ağlımızdan keçirmədiklərimizi edirlər. Nümunə…

1,057 total views, 2 views today

Davamını oxu

Rövşən Vəliyev – İnanılması zor…

Rövşən Vəliyev – İnanılması zor…

  Rövşən Vəliyev İnanılması zor … Amma bu bir həqiqətdir ki, Bakıda kitab yarmarkası keçirilirdi. İşdən çıxıb evə gedirdim. Daha doğrusu gedirdik. Təbii ki, iş yoldaşlarımızla. Uzaqdan  Akademiya  Bağının  qabağında nəsə gördük. Nəyisə deyəndə, yarmarkaya bənzəyirdi. Yarmarka olmağına yarmarkaydı. Nə satıldığını görmək bir az çətin idi. “Şumotka” deyildi. Yəni, pal-paltar satılmırdı. Çünki, “şumotka” satılsaydı Akademiya bağının budaqlarından alt paltarı, üst paltarı,   şalvar, köynək, bir sözlə əynimizə nə geyiriksə hamısı asılardı. Heç ərzaq məhsullarının da  satılmasını düşünməyə…

924 total views, 4 views today

Davamını oxu

Zahid Oruc: Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

Zahid Oruc: Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi, lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi,əgər qonşuda əleyhimizə atəş açılsaydı! 2004-cü ildən başlayaraq, Rusiyanın dünyaya…

458 total views, 1 views today

Davamını oxu
1 2