XƏBƏRLENTİ

xeberlenti.com

Britaniyanın keçmiş maliyyə naziri Sunak seçkilərdə liderdir

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderliyi və Baş nazir postu uğrunda mübarizə aparan namizədlərdən 5-i Britaniya parlamentində səsvermənin üçüncü raunduna keçib.

KİV-lər  xəbər verir ki, keçmiş maliyyə naziri Rişi Sunak 101, Penni Mordaunt 83, xarici işlər naziri Liz Truss 64, Kemi Badenok 49 və Tom Tugendhat 32 səs toplayıb.

Suella Braverman isə 30 səs baryerinə çata bilməyib və 27 səslə liderlik yarışı ilə vidalaşıb.

About Author