Çində 900 milyondan çox insan anomal istilərin təsiri altındadır.
Belə yüksək temperatur 60 ildən artıqdır müşahidə olunmurdu.
Yantszı çayının geniş hövzəsi istilərin təsiri altına düşüb. Çərşənbə günü günortadan sonra ölkə daxilində 90-dan çox ərazidə qırmızı xəbərdarlıq edilib.
Şanxayda dörd gün ərzində ikinci dəfə qırmızı təhlükə elan edilib.
Çinin bir sıra bölgələrində havanın temperaturu tarixi rekord qırıb. Xüsusən də ölkənin şimaldakı Hebey əyalətində göstərici 44 dərəcəni keçib ki, bu da sözügedən yer üçün anomal hal hesab olunur.
Meteoroloqlar bütövlükdə ölkə üçün qızmar isti və uzun sürən leysan yağışları ilə səciyyələnən ekstremal yay proqnozlaşdırırlar.
Mənbə: Mk.ru