Birləşmiş Ştatlar Rusiyanın çöküşünə yol vermək istəmir, hərbi ekspert qeyd edib.
ABŞ Ukraynaya silah verməyə tələsmir, çünki gözləyir ki, Rusiyada «saray çevrilişi» baş verəcək.
Bu fikri hərbi ekspert Oleq Jdanov «Kanal 24» efirindən səsləndirib. Onun sözlərinə görə, ABŞ-ın öz baxışları və özünün müharibə planı var. Onların başlıca hədəfi Rusiyanın çöküşünə yol verməməkdir. Jdanov əmindir ki, Birləşmiş Ştatlar siyasi elitanın üsyanına və Prezident Vladimir Putinin devrilməsinə ümid edir. Bundan sonra onlar Rusiya Federasiyasının yeni hakimiyyəti ilə razılığa gələcəklər.
«Bir qərbli analitikin dediyi kimi, ayının dişlərini və dırnaqlarını çıxartmaq lazımdır ki, dişləməsin və dırnaqlamasın. Amma o, dəhşətli olmalı və nərildəməyi bacarmalıdır» – ekspert qeyd edib.
Jdanov həm də əlavə edib ki, USQ bölmələrində aptıq kifayət qədər adam var, amma uyğun silahlar və zirehli texnika çatışmır. Onun fikrincə,Ukrayna artıq çoxdan əlavə briqadalar formalaşdıra bilərdi ki, cəbhədə öz mövqeyini möhkəmlətsin, amma yetərli miqdarda silah olmadan bu, mümkün deyil.