XƏBƏRLENTİ

xeberlenti.com

“Qarabağ”ın potensial rəqibləri azaldı – Çempionlar Liqası

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2-ci mərhələdə İsveçrə “Sürix”ini üstələsə, səpələnmişlər səbətində yer alacaq və “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya), “Ferentsvaroş” (Macarıstan) /”Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibi, yaxud da Kiprin “Apollon” (Limassol) klubuna rəqib olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.

About Author