XƏBƏRLENTİ

xeberlenti.com

Polislərin olduğu avtomobil Kür çayına düşdü- Ölən var

Daxili İşlər Nazirliyi 4 əməkdaşının avtomobillə birlikdə Kür çayına düşməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan   bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

About Author