Rusiya və Çin Qərblə qarşıdurma şəraitində Cənubdan dəstək və əlaqələri gücləndirmək fürsəti axtarırlar.
Bu barədə “Vol Strit Jurnal” yazıb.
Rusiya rəhbərliyinin Ukraynadakı vəziyyətlə əlaqədar “Şərq və Qərb arasında ənənəvi münasibətlərin” pisləşməsi kontekstində Şimal-Cənub oxunda diplomatiya, iqtisadiyyat və təhlükəsizlik sahəsində yeni şəbəkə yaratmağa çalışdığı qeyd olunan məqalədə bu istiqamətdə Rusiyanın əsas müttəfiqi kimi Çin göstərilib.
Qeyd olunur ki, Çin illərdir bu oxda fəaliyyət göstərir, Asiya, Latın Amerikası və Afrika ölkələri ilə ticarət aparır və investisiya qoyur:
“Bu ölkələr əsas iqtisadi və ya diplomatik oyunçular deyil, lakin bir çoxları strateji ticarət yolları üzərində inkişaf etməkdə olan bazarlardır və bəziləri təmiz enerjiyə keçid üçün vacib olan minerallara malikdir”.
Bununla belə, məqalədə bildirilib ki, Şimal-Cənub oxundakı bir çox ölkələrin Qərblə kəskin ziddiyyət təşkil edən prioritetləri var.