“Azimut” şirkətinin İstanbuldan Mineralnıye Vodıya uçan təyyarəsi 64 yaşlı sərnişinin səhhəti pisləşdiyi üçün təcili olaraq Soçiyə eniş edib.
Bu barədə Soçi Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Qadının halı pisləşəndə pilotlar hələ havada olarkən tibbi briqada çağırıblar, lakin yerə enən kimi həkimlər xəstənin öldüyünü bildiriblər.
Qadın əlil olub və İstanbuldan müşayiətçisiz uçub.