Ukrayna müdafiəçiləri rusların anbar və komanda məntəqələrinə zərbə endiriblər.
Bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Luqanskda silahlı qüvvələrimiz ciddi zərbə vurub. Bir neçə anbar, komanda məntəqəsi dağıdılıb. Logistikanın məhvi rusların atəş sayının da azalmasına səbəb olub”, – deyə o bildirib.