XƏBƏRLENTİ

xeberlenti.com

“PUTİN BLEF EDİR” – Frensis Fukuyama

Rusiya Prezidenti Vladimir Putin deyəndə ki, «Rusiya ordusu hələ ciddi heç nəyə başlamayıb», yalan danışıb. Görünür, Rusiya şəxsi heyətin çox ciddi çatışmazlığını yaşayır.

Bu barədə DW-yə müsahibəsində Stenford universitetinin məşhur filosofu, professor Frensis Fukuyama danışıb.

Fukuyama Rusiya işğalçı ordusunun sıralarında insan defisitini qeyd edən müstəqil ekspertlərə istinad edir.

«Onlar (rusiyalılar – Red.) ehtimal ki, Ukraynanın üzərinə göndərmək üçün topladıqları bütün şəxsi heyətin üçdə birini itiriblər. Rusiyanın itkilərinin qiymətləndirilməsi yalnız təxminidir, amma mümkündür ki, söhbət 20 min ölüdən və mümkündür ki, 60 min yaralıdan gedir. Bunun üstünə də əsir düşmüşləri və s. gəlsək» – Fukuyama dəqiqləşdirib.

Onun fikrincə, Ukraynadakı müharibə Rusiya üçün praktiki olaraq, uğursuzluğa düçar olub.

«Nəzərə alsaq ki, Rusiya ordusu iki ayda yalnız çox əhəmiyyətsiz irəliləyişə nail olub, onlar Donbassda hərbi fəaliyyəti necə cəmləşdiriblər, mən hesab edirəm ki, onların ehtiyatı o qədər də çox deyil. Odur ki, mənim nəzərimcə, Putin deyəndə ki, onlar hələ hətta heç nəyi başlamayıblar, blef edib» – professor qeyd edib.

About Author