“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 11 min 800-dən çox mülki şəxs yaralanıb, 5 100-dən çox insan öldürülüb. Onlardan 346-sının uşaq olduğunu təsdiqləyib”.
Bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq açıqlama verib.
O bildirib ki, BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının son hesabatında yayımlanan mülki itkilərin faktiki sayının daha çox olacağı ehtimal edilir.
“BMT Ukraynada mülki şəxslərə edilən kənar hücumlarla bağlı artan hesabatlardan son dərəcə narahatdır. Münaqişə tərəfləri Ukraynada mülki əhalinin və infrastrukturun qorunması ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməlidirlər”, – F.Haq bildirib.