XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyəli nazir Şuşaya gedir

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.

Qeyd edək ki, Derya Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

About Author