Yunanların qərarları Qərbi Trakyadakı soydaşlarımıza qarşı illərdir hər sahədə həyata keçirilən ayrı-seçkilik və təzyiq siyasətinin təhsil sahəsindəki göstəricisidir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Yunanıstanın Qərbi Trakiyada türk azlıqlara aid 4 məktəbi bağlamasına dair qərarını şərh edərkən deyib.
Yunanıstanı azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son qoymağa çağıran Bilgiç Afinanın tələblərə məhəl qoymadığını, hətta uşaqların təhsil hüquqlarını belə pozduğunu bəyan edib.