XƏBƏRLENTİ

xeberlenti.com

Zelenski: “Rusları əzişdirməsən heç nə başa düşməyəcəklər”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, bu gün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq yersizdir. Belə ki, əvvəlcə işğal olunmuş əraziləri azad etmək lazımdır.

Bu barədə o, “The Wall Street Journal”a müsahibəsində deyib.

O vurğulayıb ki, beş aylıq müharibədən sonra Ukrayna vətəndaşları Rusiya ilə danışıqlara hazır deyil.

“Cəmiyyət hesab edir ki, əvvəlcə bütün ərazilər azad edilməlidir, ondan sonra nə edəcəyimizi və gələcəkdə necə yaşayacağımızı razılaşdırmaq mümkün olacaq. Xalqımız əmindir ki, biz bunu edə bilərik. Nə qədər tez etsək, bir o qədər az adam öləcək… Biz azad etmə prosesini qeyri-hərbi yolla aparmağa və insanların həyatını xilas etməyə üstünlük verərdik. Amma biz elə adamlarla qarşı-qarşıyayıq ki, onları əzişdirməsən heç nə başa düşməyəcəklər”, – deyə Ukrayna prezidenti əlavə edib.

About Author