İranın Rusiyaya pilotsuz uçuş aparatı verməsi Tehranın bu texnikanı Ermənistana da göndərə biləcəyi ehtimalını artırır.
Bu barədə fikrini bölüşən politoloq Elxan Şahinoğlu müasir dövrdəki müharibədə pilotsuz uçuş aparatlarının tərəflərdən birinə üstünlük qazandırdığını xatırladıb.
“Ermənistanın ordu rəhbərliyi müharibədəki ağır məğlubiyyətdən sonra pilosuz uçuş aparatları əldə etmək üçün fəallığını artırıb. İstisna deyil ki, bu mövzuda İrəvanla Tehran arasında qapalı danışıqlar gedir”, – politoloq qeyd edib.