Ukrayna artıq Rusiya ilə müharibədə strateji planda qələbə qazanıb, amma bu qələbə bir qədər sonra rəsmiləşdiriləcək.
Bu barədə siyasi analitik Viktor Andrusov yazır. Onun sözlərinə görə, artıq Ukraynada praktiki olaraq, ən müasir NATO ordusu yaradılıb və o, Alyans ölkələrinin bütün silah növləri ilə döyüşməyi bacarır.
«Bəli, biz hələ təyyarələr və uzaq mənzilli raketlər almamışıq. Amma Putin hər şeyi etməklə davam edir ki, bunu da bizə təqdim etsinlər, xüsusilə də Odessa limanına zərbə növbəti dəfə göstərir ki, Putin yalnız o danışılmışları icrə edir ki, onları yerinə yetirmək olar. Bizim həmkarlar demək olar, tamamilə kənar müşahidəçi rolundan müttəfiqliyə qədər yol keçiblər və bu yoldan dönmək mümkün olmayacaq – nə qədər ağır olsa da» – ekspert qeyd edir.
Onun sözlərinə görə, bu gün Rusiya diktatoru aşağıdakı məqsədləri qarşıya qoyur:
– dekabra qədər Donbassın ələ keçirilməsi;
– Avropanı qaz şantajı;
– Avropada ukraynayönlü hökumətlərin devrilməsi və ABŞ Konqresinin demokratlar tərəfindən itirilməsi.
Andrusovun qeyd etdiyi kimi, bunlara çatmaq üçün Putinin şansı azdır.
«İşğalçıların Donbassda irəliləməsinin dinamikası, bununla paralel olaraq, bizim gücümüzün artması ümumiyyətlə, Rusiya ordusunun gələcək uğurlarını şübhə altına alır. Xüsusilə də kiçik yaşayış məntəqələrinin ələ keçirilməs uğrunda böyük itkilər. Üstəlik, əks-zərbələr ki, yaxın vaxtlarda baş tutacaq, ona gətirib çıxarda bilər ki, Putin 22-ci ilini əhəmiyyətsiz qədər az – indikindən kiçik işğal ərazilərilə başa vurar. Qaz şantajının da perspektivi yoxdur. Bəli, Avropa Rusiya qazı olmadan keçinə bilməz, amma bu da həqiqətdir ki, Putin qaz tədarükünü dayandıra bilməz, nədən ki, bu, Rusiya büdcəsinə fəlakətli nəticələr verə bilər və ümumiyyətlə, gələcəkdə bu prosesə texnoloji zərər vurar» – analitik yazır.
Andrusovun fikrincə, Britaniyada və İtaliyada ukraynayönlü hökumətlərin devrilməsi diktator üçün orada hakimiyyətə daha güclü ukraynayönlü siyasətçilərin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.
«Yekun vuraraq, aşağıdakıları deyirəm: bizim qələbəmiz qaçılmaz olaraq qalır. Bəli, Rusiya ordusunun və iqtisadiyyatının tükənməsinə hələ çox var. Bəli, biz hələ günahsız insanların həyatı ilə yüksək bədəl ödəyəcəyik. Amma 5 ay kifayət qədər vaxtdır ki, Putinin məğlubiyyətinin tarixi trendini görək» – o, qeyd edib.