Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Süleymaniyyə şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində PKK terrorçularının liderlərindən olan “Berivan Zilan” ləqəbli Hatice Hezeri məhv edib.
Bildirilir ki, PKK-ya 1991-ci ildə qoşulan Hezer 2004-cü ildə PKK/KCK-nın Ermənistandakı qadın təşkilatı PJA-nın (PJAK) rəhbəri təyin edilib. 2008-ci ildən Şimali İraqdakı Mahmur düşərgəsi ərazisində terrorçular sırasında olub, 2017-ci ildən isə Suriyadakı PJAK dəstəsinə rəhbərlik edib.
HDP-nin Van regionu üzrə millət vəkili Tuğba Hezer Öztürkün böyük bacısı olan Haticenin qardaşı da 1998-ci ildə təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.
Mənbə: Anadolu Agentliyi