Türkiyənin “Baykar” şirkəti Polşa vətəndaşlarının pul yığdıqları “Bayraktar” zərbə pilotsuz təyyarəsini Ukrayna Silahlı Qüvvələrinə pulsuz hədiyyə edəcək.
Bu barədə Türkiyə şirkəti pul yığımının təşkilatçısı, polşalı jurnalist Slavomir Serakovskiyə məlumat verib.
“Dron üçün nəzərdə tutulan 22,5 milyon zlotı Ukraynaya humanitar yardım üçün göndəriləcək, lazım olan məbləğdən artıq toplanan 1,8 milyon zlotı isə Ukrayna Silahlı Qüvvələrinə veriləcək”, – deyə Serakovski bildirib.
Xatırladaq ki, bu, türk şirkətinin öz pilotsuz təyyarələrini Ukrayna Silahlı Qüvvələrinə ilk pulsuz təhvil verməsi halı deyil.
Mənbə: UNİAN