XƏBƏRLENTİ

xeberlenti.com

Festival deyildi, biabırçılıq idi – Telli Pənahqızı

Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu getməyəydim. Dağlara – festivalın keçirildiyi məkana qədər uzanan o tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, baş verən hərc-mərcliyin, aylardan bəri çəkilən zəhmətin, bu “möhtəşəm” biabırçılığın şahidi olmayaydım.

Bunu telejurnalist Telli Pənahqızı deyib.

“Bilmədim bu festival idi, yoxsa.. Sonra nə istəsəniz yaza bilərsiz.

Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim. Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım. Hacıkənddə keçirilən 2-ci Yaylaq festivalına da elə bu təəssüratlara güvənərək yola çıxmışdım. Üstəlik də özümlə bərabər Qərbi Azərbaycan İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.

Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının unudulmaz xatirələri, epizodları vardı.

About Author