“120 min insan üçün infrasturktur yaratmaq çox çətindir, bunları nəzərə almaq lazımdır”.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, tədbir olduqca geniş kompleksli olub: “Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən oldu ki, bu qədər genişmiqyaslı oldu”.