Niderland sakinləri qazın qiymətinin artması səbəbindən kütləvi şəkildə odun almağa başlayıblar.
Təchizatçıların sözlərinə görə, ölkədə odun ehtiyatı yayın sonunadək tamamilə tükənə bilər. Halbuki əvvəllər müştərilər yalnız sentyabr ayında bu məhsulu sifariş verməyə başlayırdılar.
Kütləvi tələbat fonunda ölkədə odunun qiyməti də ötən illə müqayisədə 50 avro bahalaşıb.
Qeyd edək ki, Niderland qazın qiymətinə görə Avropada İsveçdən sonra ikinci yerdədir. Ölkə sakinləri bir kubmetrə görə 2,25 avroya (hər kilovat-saata görə 30,5 avro sent) ödəyirlər.
Mənbə: lenta.ru