“Rusiya qüvvələri İzyumun şimal-qərbində və cənub-qərbində lokallaşdırılmış quru hücumlarını bərpa edib. Xarkova doğru hücum əməliyyatları üçün yeni şərait yaradıla bilər”.
Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.
“Rusiya qüvvələri Çepil, Şçurivka və Husarivkaya istiqamətlərində uğursuz hücumlar edib və kəşfiyyat cəhdlərinə başlayıb. Son günlər İzyumun cənub-şərqində hücumlar bərpa olunub”, – institutdan qeyd olunub.
Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərini və vilayətini ələ keçirmək ehtimalı çox aşağıdır: “Rusiya Prezidenti Vladimir Putin bu barədə əmr verə bilər. Lakin Rusiya ordusunun Xarkovu ələ keçirməsi çox çətindir. Bununla belə, Rusiya qüvvələri Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün dağıdıcı hücumlara başlaya bilər”.