Rusiyada meşə yanğınları artıq ikinci ildir ki, Rusiya televiziyalarının ekranlarından düşməyən mövzudur. Kütləvi yanğınlar hər il yüzlərlə hektar Rusiya ərazisini məhv edir.
Amma bu il yanğınların miqyası gerçəkdən görünməmiş hala yüksəlib: ən mürəkkəb vəziyyət isə Krasnoyarsk diyarındadır, orada rəsmi məlumata görə, yanğın 800 binanı məhv edib, 8 nəfər həlak olub.
Jurnalistlər danışırlar ki, yanğının belə miqyasının səbəbi nədir, nə üçün bütöv kəndlər təxliyəyə məcbur olurlar, nə üçün alovu dayandırmaq mümkün olmur?
Cavab sadədir – «Hər şey orduya» şüarı Rusiya FHN ilə nəhs zarafat edib. Məsələ bundadır ki, hələ Ukraynada tammiqyaslı müharibəyə hazırlıq prosesində Rusiya xilasedicilərinin sözün hərfi mənasında, cəbhədə lazım olan bütün vasitələrini əllərindən alıblar. Odur ki, işləməyə heç nə yoxdur. İstənilən mühəndis işlərinin aparılması üçün təkcə xüsusi texnika nəzərdə tutulmur, həm də Mİ-8 vertolyotları nəzərdə tutular. Onlar hazırda ya Ukrayna ilə həmsərhəd zonalarda istifadə olunur, ya da birlavasitə döyüş əməliyyatları zonalarında işlədilir.
«Analoji olaraq, məsələn, amfibiya təyyarələri, onlar hazırda bununla məşğul olurlar ki, Qara dənizin hava məkanında, xüsusilə də İlan adası rayonunda patrul xidməti keçirlər» – hərbi ekspert Aleksandr Kovalenko bəyan edib.
Elə həmin kəşfiyyat üçün FHN-dən PUA-lar da alınıb. USQ-ni vuran bəzi «Orlan»lar Rusiya FHN markası altında fəaliyyət göstərirlər.
Rusiyada daimi yanğınların və onların söndürülməsinin mümkün olmamasının daha bir səbəbi də korrupsiyadır.
«Qeyd ediləndir ki, ötən il hətta Rusiya FHN az sayda olan amfibiya təyyarələrini Yakutiya və Buryatiyaya yanğınları söndürməyə göndərmək əvəzinə, onları Türkiyəyə pulla göndərdi, başqa sözlə, arendaya verdilər» – Kovalenko qeyd edib.
Məlumata görə, Rusiyada meşə yanğınları ilə mübarizə üçün şəxsi heyət də çatışmır.
Beləliklə, aydın olur ki, Rusiya meşələri yanır, amma söndürən yoxdur. Belə davam edəcəyi təqdirdə, bir müddət sonra Rusiya Sibir meşələrindən məhrum olacaq və bu ərazidə iqlimin kəskin dəyişməsi ilə üzləşəcək.