İstanbulun Büyükçəkməcə rayonunda keçirilən Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında iştirak etmək üçün Cənubi Koreyadan gələn nümayəndə heyəti rayondakı Koreya müharibəsi qazilərini də ziyarət edib.
Qazilər Abdülhadi Yeşilkaya və Əkrəm Çakırı ziyarət edən koreyalılar veteranların qarşısında baş əyiblər.
Səfər zamanı nümayəndə heyəti Cənubi Koreyadan hədiyyələr də gətiriblər.
Qeyd edək ki, 1950-53 -cü illər Koreya savaşında Türk Ordusu Cənubi Koreyanın köməyinə getmiş və demək olar ki , Çinlə Sovet İttifaqına qarşı ilk vuruşan ölkə olmuşdur.
Mənbə: Haber Global