XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyənin xaricdəki səfirləri Ankarada toplanıb

Türkiyənin müxtəlif ölkələrdəki səfirləri xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərliyi ilə Anıtqəbrində olublar.

“Anadolu” xəbər verir ki, onlar XİN-in şəhidlərini ziyarət ediblər.

Heyətin tərkibində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyədə səfirlərin 13-cü konfransı keçiriləcək. Azərbaycan XİN başçıcı Ceyhun Bayramov da iclasda iştirak edəcək.

About Author