Ukrayna Silahlı Qüvvələri ABŞ-dan alınan yeni raketlərlə 270 kilometrlik məsafədən Krımda yerləşən Saki hərbi aerodromuna zərbələr endirib. Bu barədə Ukrayna mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir.
“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, nəticədə aviabaza funksiyası daşıyan aerodromda güclü partlayışlar və yanğın baş verib.
Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Aerodromun yaxınlığındakı Novofyodorovka yaşayış məntəqəsi kurort ərazisidir. Artıq həmin ərazidəki yerli əhali və turistlərin kütləvi qaçışı müşahidə olunur. Yollarda tıxaclar yaranıb.
Qeyd olunur ki, Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətləri məhz həmin aviabazadan qalxan təyyarələrlə bombalanırdı.
Media yazır ki, Novofyodorovka yaşayış məntəqəsində yerləşən Saki aerodromu Rusiyanın Qara dəniz donanmasının dəniz aviasiyasına məxsusdur. Aerodromda Su-30SM, SU-24M, Su-24MP, TU-134 hərbi təyyarələri yerləşdirilmişdir.
Xatırladaq ki, Pentaqon bu günlərdə Ukraynaya 1 milyard dollar dəyərində 18-ci hərbi yardım paketi açıqlayıb. Paketə;
– HIMARS üçün raketlər(zərbə məsafəsi qeyd olunmayıb);
– 155 mm-lik artilleriya qurğuları üçün 75000 mərmi;
– 20 120 mm-lik artilleriya qurğusu və onlar üçün 20000 mərmi;
-NASAMS HHM sistemi üçün raketlər;
-1000 Javelin;
-Yüzlərlə tank əleyhinə AT4 sistemi;
-50 zirehli tibb maşını daxildir.
Ekspertlər Krımdakı hərbi mövqelərə zərbələrin yeni raketlər vasitəsi ilə endirildiyinə əmindirlər.
Rusiya MN Krımda baş verən partlayışların səbəbini açıqlayıb.
Novofyodorovka ytaşayış məntəqəsi ərazisindəki Saki aerodormounda saxlanma anbarında bir neçə aviasiya sursatının detonasiyası baş verib. Partlayış nəticəsində heç kəs xəsarət almayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik partlayışlar zamanı aviasiya texnikasına zərər dəymədiyini, hazırda yanğının söndürülməsinə cəhd edildiyini bildirib.
Xatırladaq ki. “Moskva” kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərkən də sadəcə, mərmilərin detonasiyasının baş verdiyini bildirmiş və gəminin Ukrayna tərəfindən vurulduğunu gizlətməyə çalışmışdı.
Ukrayna Müdafiə Nazirliyi isə Krımdakı partlayışlara şərh verməyib.Hərbi aerodromdakı partlayışların raket zərbəsi, yoxsa diversiya əməliyyatı nəticəsində baş verdiyi hələ ki, dəqiq bilinmir.
Kreml təbliğatçıları hadisəsən dərhal sonra əl-ayağa düşüblər. Marqarita Simonyan partlayışın ya hərbçilərin başıpozuqluğundan, ya da diversiya qrupunun fəaliyyəti nəticəsində baş verdiyini bildirib. O da Rusiya Müdafiə Nazirliyi kimi, ərazinin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu istisna edib.
Rasim