XƏBƏRLENTİ

xeberlenti.com

“Saki aerodromunda Rusiyanın qanadlı raketlərinin böyük anbarı yanıb” – Ekspert

Müvəqqəti işğal olunmuş Krımda, Saki şəhərinin Novofyodorovka kəndində yerləşən aerodromda, hansı ki, avqustun 9-da partlayışlar baş verib, təkcə təyyarələr yanmayıb, həm də qanadlı raketlərin nəhəng anbarları yanıb.

Bu barədə Ukrayna xarici kəşfiyyatının keçmiş əməkdaşı Aleksandr Zelenko «Kiyev» telekanalının efirindən danışıb.

Onun sözlərinə görə, aerodromda partlayışlar nəticəsində doqquz yox, işğalçıların 20-dən artıq təyyarəsi məhv edilib.

«Həm də təyyarə yox. Bu, həmin köpək uşaqlarıdır ki, bizim dinc şəhərlərimizə raketlər atıblar. Bu, məhz həmin strateji bombardmançılar idi ki, bizim HHM sisteminin hüdudlarından kənarda qeyri-insani cinayətlər törədiblər – Vinnitsanı, Kremençuku dağıdıblar, onlardır ki, dinc insanlar öldürüblər. Çox qiymətli İl-76 da yanıb. Bir neçə zərbə vertolyotu yanıb ki, onların on milyonlarla dollar qiyməti var, qanadlı raketlərin nəhəng anbarı da yanıb», – ekspert qeyd edib.

Onun fikrincə, aerodromda baş verənlərə əl yetirmiş insanlar şişirtmədən, müharibənin gedişini dəyişiblər.

About Author