XƏBƏRLENTİ

xeberlenti.com

Salman Rüşdinin vəziyyəti açıqlandı, hücumçunun kimliyi bəlli oldu – FOTO

ABŞ-da hücuma məruz qalan yazıçı Salman Rüşdinin gözünü itirmək ehtimalı var.

Bu barədə onun agenti Endryu Uayli məlumat verib.

“Xəbərlər pisdir. Salman, çox ehtimal, bir gözünü itirəcək. Qolunda sinirləri kəsilib, bıçaq zərbəsi nəticəsində qaraciyəri zədələnib”, – deyə agent bildirib.

Onun sözlərinə görə, Rüşdi süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda səhnədə çıxış edərkən hücuma məruz qalıb. Naməlum şəxs səhnəyə çıxıb və Rüşdiyə zərbələr endirməyə başlayıb. Hücum edən şəxs saxlanılıb.

Artıq hücum edən şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, o, 24 yaşlı Nyu-Cersi sakini Hadi Mataradır.

“Biz hücumun motivini müəyyənləşdiririk. Onun tək hərəkət etdiyini düşünürük, bu versiyanı təsdiqləmək üçün tədbirlər görülür”, – deyə Nyu-York əyalət polisinin nümayəndəsi Yevgeni Stanişevski bildirib.

O, hücumun təhqiqatında FTB-nin də iştirak etdiyini əlavə edib.

Qeyd edək ki, Rüşdi 1989-cu ildə İranın ali dini lideri ayətullah Xomeyninin verdiyi fətva ilə ölüm hökmü altında idi.

Mənbə: TASS

About Author