Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Lvovda keçirilən danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskini Kreml rəhbəri Vladimir Putinlə Türkiyədə görüşə dəvət edib.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan Ankaranın Rusiya-Ukrayna müharibəsinin diplomatiya yolu ilə həll olunmasına töhfə verməyə hazır olduğunu bildirib.
“Soçiyə səfərim zamanı Putinə dediyim kimi, Zelenskiyə də xatırlatdım ki, biz onlar arasında görüş təşkil edə bilərik”, – deyə Ərdoğan bildirib.