XƏBƏRLENTİ

xeberlenti.com

FTX DARYA DÜQİNANIN QƏTLİNİN ÜSTÜNÜ AÇDI – Şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.

Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”, – deyə məlumatda qeyd olunub.

Nataliya Vovkun Ukraynanın “Azov” alayının üzvü olduğu məlum olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Nataliya Vovkun vəsiqəsi rusiyalı hakerlərin əlinə keçib.

Vəsiqədə Nataliya Vovkun qızlıq soyadı Şaban kimi göstərilib.

 

About Author