XƏBƏRLENTİ

xeberlenti.com

İkinci Çernobıl yaşanacaq?- Rusiya susmaları üçün onlara işgəncə verib…

Dünyanın gözü və qulağı bir müddətdir ki, Zaporojye Atom Elektrik Stansiyasından gələn xəbərlərdədir.

Avropanın ən böyük atom elektrik stansiyası Zaporojya münaqişələrin ortasında qaldıqdan sonra “ikinci Çernobıl” qorxusu günü-gündən artır.

Ukraynanın dövlət nüvə enerjisi şirkəti “Enerqoatom”un rəhbəri Petro Kotinin açıqlamaları ilə Rusiyanın planı üzə çıxıb.

Kotin açıqlama verib ki, Rusiya Zaporojye zavodunu Ukraynanın elektrik şəbəkəsindən ayırmağı planlaşdırır və bu, soyutma sisteminin nasazlığı üçün ciddi risk yaradır. Britaniyanın “Daily Mail” qəzetində çıxan xəbərə görə, Kotin əlavə edib ki, rus mühəndislər AES-in Ukraynanın elektrik şəbəkəsindən kəsilməsi üçün ətraflı planlar hazırlayıblar.

“Bu kəsilmə zamanı obyekt heç bir enerji mənbəyinə qoşulmayacaq və təhlükənin əsas səbəbi budur. Əgər 90 dəqiqə soyutma təmin edə bilməsəniz, onsuz da ərimə başlayacaq.’

Eyni xəbərə görə, müəssisədəki ukraynalı işçilər susmaq üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentləri tərəfindən işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Rusiya regionun tərksilah edilməsinin “indiki mərhələdə variant olmadığını” bildirir və Ukraynanın hər fürsətdə təxribatlara imza ata biləcəyi iddiasını dilə gətirir.

1984-1995-ci illərdə tikilmiş Zaporojye atom elektrik stansiyası Avropanın ən böyük, dünyanın isə doqquzuncu atom elektrik stansiyasıdır. Hər biri 950 MVt və ümumi gücü 5700 MVt olan altı reaktoru olan stansiya Ukrayna enerjisinin dörddə birini istehsal edir. Atom elektrik stansiyası Donbas bölgəsindən təxminən 200 kilometr aralıda və Kiyevdən 550 kilometr cənub-şərqdə yerləşir.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyevdən 130 kilometr şimalda yerləşən Çernobıl şəhəri bəşər tarixinin ən dəhşətli ekoloji fəlakətlərindən birinin şahidi oldu.
Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış 1945-ci ildə Xirosimaya atılan atom bombasından 50 dəfə çox radiasiya buraxdı. Partlayışdan sonra radioaktiv maddə ilə dolu buludlar Türkiyə də daxil olmaqla bir çox ölkəyə təsir etdi və bəzi müstəqil araşdırmalara görə Çernobıl nüvə fəlakəti birbaşa və ya dolayısı ilə təxminən 200.000 insanın ölümünə səbəb olub. (Gundem.az)

About Author