“Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik”.
Bunu NATO-nun baş katibi Stoltenberq deyib.
Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə qurulan üçtərəfli mexanizm çərçivəsində Finlandiyada keçirilən görüşü alqışlayıb.
İsveç və Finlandiya tərəfindən Madriddə razılaşdırılmış məsələlərin davam etdirilməsini alqışlayıram”, – NATO rəhbəri vurğulayıb.
İki ölkənin üzvlüyü üçün tələb olunan ratifikasiyanın NATO-nun müasir tarixinin ən sürətli prosesi kimi inkişaf etdiyin vurğulayan Stoltenberq, İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı təsdiq prosesinin indiyədək NATO-ya daxil olan 30 müttəfiqdən 23-də tamamlandığını bildirib.